Ukraynanın beş şəhərində humanitar dəhliz açıldı


Xəbər verdiyimiz kimi, Rusiya Ukraynanın bəzi şəhərlərindən dinc əhalinin çıxması üçün "sükut rejimi" elan edib. 
Yeniavaz.com
xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov Moskva vaxtı ilə saat 10:00-dan (Bakı vaxtı ilə saat 11:00-dan) etibarən Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupoldan humanitar dəhlizlərin açıldığını bəyan edib.
Qeyd edək ki, ötən gün Rusiya ordusunun Sumını bombalaması nəticəsində 2-si uşaq olmaqla 18 nəfər dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top