UEFA Fransa klubunu erməni təxribatına görə cəzalandırdı


UEFA Konfrans Liqasının Fransada “Marsel”lə “Qarabağ” arasında keçirilmiş pley-off mərhələsinin ilk oyununda baş verənlərlə bağlı Fransa klubunu cəzalandırıb.
Yeniavaz.com
xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsi “Marsel”i azarkeşlərin təxribatçı siyasi və təhqiramiz hərəkətləri ilə əlaqədar 20 min, tribunalarda ümumi istifadə üçün nəzərdə tutulan keçidlərin tutulması səbəbilə 14 min, fişəng yandırılması ilə əlaqədar isə 10 min 250 avro məbləğində cərimələyib.
Qeyd edək ki, sözügedən oyun zamanı “Marsel” azarkeşləri Qarabağdakı qondarma rejimin simvolunu nümayiş etdirərək təxribata yol vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top