Azərbaycan səfirliyi Kiyevdən köçürüldü


Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyev şəhərində artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.
Bu barədə Yeniavaz.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən, təxliyə məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.
Bildirilib ki, səfirliklə aşağıdakı "Qaynar xətt" nömrələri ilə əlaqə saxlamaq olar:

+380 73 5050000
+380 99 408 99 43

DİGƏR XƏBƏRLƏR

Top