Rusiya Sumını bombaladı, 18 dinc sakin öldü - VİDEO + YENİLƏNİB


Rusiya ordusunun yaşayış evlərinə atdığı bombalar nəticəsində Sumı şəhərində 18 dinc sakin, o cümlədən iki uşaq həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib.
Onun sözlərinə görə, dağıntıların aradan qaldırılması prosesi davam edir.

***11:28
Rusiyanın Sumının yaşayış məntəqələrini bombalaması nəticəsində ikisi uşaq olmaqla 9 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, martın 7-də Sumıda rus aviasiyası məkrli şəkildə Romenskaya və Spartak küçələrindəki yaşayış binalarına hücum edib.
Dağıntıların görüntülərini təqdim edirik.

DİGƏR XƏBƏRLƏR

Top