
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç indiki prezident Volodimir Zelenskini nəyin bahasına olursa olsun qanı dayandırmağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, “RİA Novosti”yə Yanukoviçin Zelenskiyə müraciət mətni daxil olub.
“Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu “məsləhətçilər”iniz var, lakin şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukrayna xalqı və Qərbdəki tərəfdaşlarınız sizə minnətdar olacaqlar”, - müraciətdə deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz