Rus ordusunun generalı öldürülüb - Çeçenistan və Suriyada döyüşüb...


Rusiya ordusunun general-mayoru Xarkov yaxınlığında məhv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordusunun komandirinin birinci müavini, general-mayor, baş qərargah rəisi, rusiyalı hərbçi Vitali Gerasimov məhv edilib. Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib, yaralananlar da var”, - məlumatda deyilir.
İdarənin məlumatına görə Vitali Gerasimov ikinci Çeçen müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. O həmçinin, "Krımın qaytarılmasına görə" medalı ilə də təltif olunub.
Qeyd olunur ki, rus qoşunlarının işğalı başlayandan Xarkov vilayətində 5-i uşaq olmaqla 133 mülki şəxs həlak olub.
Bundan əlavə, Xarkov vilayətini düşmən qoşunlarının hücumundan müdafiə etmək üçün Ukrayna Silahlı Qüvvələrinin 41 əsgəri, 4 polis əməkdaşı, 8 milli qvardiya, Dövlət Sərhəd Xidmətinin 4 əməkdaşı, Xarkov Milli Hərbi Hava Qüvvələri Universitetinin 4 əməkdaşı, 1 Ukrayna Təhlükəsizlik Xidməti, eləcə də 14 ərazi müdafiəsi döyüşçüsü həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top