Dublindəki Rusiya səfirliyinə yük maşını ilə hücum olundu


Naməlum şəxs yük maşını ilə Rusiyanın Dublindəki səfirliyinin qapısına çırpılıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə səfirliyin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, yük maşınının sürücüsü həbs edilib. Polis hadisə ilə bağlı araşdırma aparır, hadisənin səbəbi hələlik məlum deyil.
İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Təhlükəsizlik məqsədilə polis yaxınlıqdakı küçələri bağlayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top