Rusiya Fransaya nota verdi


Rusiyanın Fransadakı səfirliyi Parisdə Rusiya Elm və Mədəniyyət Evinin (RDNK) binasına edilən hücumla əlaqədar Fransa Xarici İşlər Nazirliyinə nota göndərib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya diplomatik missiyasındakı mənbə məlumat verib.
RDNK rəhbəri Konstantin Volkovun verdiyi məlumata görə, hücum nəticəsində ölən olmayıb. Onun sözlərinə görə, bu hadisənin qeyri-iş günü ərəfəsində baş verməsi və növbətçilərdən başqa binada heç kimin olmaması ilə əlaqədardır. Volkov bildirib ki, RDNK mühafizəçiləri hadisəyə operativ reaksiya verib, yanğınsöndürənlər və polis sürətlə hadisə yerinə gəlib.

 

DİGƏR XƏBƏRLƏR

Top