
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.
Yeniavaz.com həmin qadınlar barədə qısa məlumatları təqdim edir:
Ağayeva Lyubov Aleksandrovna - Vəkillər Kollegiyasının üzvüdür. L. Ağayeva Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

Axundova Nəcibə Novruz qızı - 2016-cı il aprelin 18-i Lələtəpədə minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. N. Axundova Bakı şəhər 45 nömrəli orta məktəbin direktorudur.

Alızadə Sevinc Əsgərxan qızı - Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun xanımıdır. S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. O, eyni zamanda Vəkillər Kollegiyasının üzvüdür.

Əfrasiyabova Dilarə Paşa qızı - Vəkillər Kollegiyasının üzvüdür. D. Əfrasiyabova Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

İmanova Mehriban Təyyar qızı - İqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.

Qasımova Bahar Komandir qızı - Respublika Qadınlar Cəmiyyətinin sədridir.

Qəhrəmanova Yaqut Qəhrəman qızı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində fəaliyyət göstərir.

Mirzəzadə Gülqədəm Abdulalı qızı - Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.

Muxtarova Dilarə Əliəsgər qızı - tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.

Rzayeva Yazgül Həsənəli qızı - Naxçıvan MR Respublika Uşaq Xəstəxanasının nevrologiya şöbəsinin müdiridir.

Salamova Gülnaz Mustafa qızı - Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.

Salehova Almas Yaqut qızı - Ağdaş rayon Qulbəndə bələdiyyəsinin işçisidir.

Tağıyeva Leyla Çingiz qızı - Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
Tətbiqimizi yükləyə bilərsiniz