MN: “Erməni hərbçinin həlak olması məlumatı yalandır” - YENİLƏNİB


Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun həlak olması və digərinin yaralanması barədə yayılan məlumat yalandır, heç bir əsası yoxdur.
Bu barədə Yeniavaz.com-un sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan tərəfinin bu kimi dezinformasiyaları yaymaqda məqsədi ordusunda mövcud olan intizamsızlığı və onun nəticələrini ört-basdır etməkdir. Ordumuzun bölmələri bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir", - məlumatda vurğulanıb.

***15:38
Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 24 dəfə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə nazirliyi məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi isə Naxçıvanla sərhəddə atışma olması barədə məlumat yayıb.
Bildirilib ki, martın 7-də saat 12:40 radələrində güya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Ermənistanın mövqelərini atəşə tutması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu güllə yarası alıb.
Onlardan biri, müqaviləli hərbçi, çavuş Hraç Manasarian xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yaralanan digər əsgərin həyatı üçün isə təhlükə yoxdur.
Qeyd edək ki, Azərbaycan MN-nin yaydığı məlumatda Naxçıvan sərhədində hər hansı atışmanın olması bildirilmir.

DİGƏR XƏBƏRLƏR

Top