Autizmli övladlara sahib analara mahnı ithaf edildi – VİDEO


Birgə və Sağlam İctimai Birliyinin (İB) “Mavi Ürəklər” xor qrupunun üzvləri Nuray Eynallı və Kənan Məmmədovun ifasında xüsusi qayğıya ehtiyacı olan, autizmli övladlara sahib analara ithafən “ANA” mahnısı təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, “ANA” mahnısının klipi İB-nin rəsmi “YouTube” kanalında yayımlanıb.
Musiqi işi autizmli övladlara sahib anaların 8 Mart – Beynəlxalq Qadınlar Gününə ithafən hazırlanıb.
Bildirilir ki, mahnının sözləri və musiqisi “Mavi Ürəklər” xor qrupunun rəhbəri Arzu Səmədqızına məxsusdur.
Qeyd edək ki, Autizm erkən yaş dövründə başlayan sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir.

DİGƏR XƏBƏRLƏR

Top