Şəmkirdə qəbiristanlıqda asılmış kişi meyiti tapılıb


Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
1973-cü il təvəllüdlü Zeynal Əliyar oğlu Məmmədov kəndin qəbiristanlığındakı çardaqdan özünü asıb.
Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top