Azərbaycanda bal istehsalı və qiyməti – Son 3 ilin STATİSTİKASI


Yola saldığımız 2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 min 802,2 ton bal, 171,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kq arı südü əldə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 24,3 manat, mumun 13,2 manat, vərəmumun 92,3 manat, güləmin 117,5 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6,5 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 155,5 ton artıb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 20 qəpik bahalanıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.
 

DİGƏR XƏBƏRLƏR

Top