Həkimlərin çantalarını oğurlayan şəxs saxlanıldı


Bakıda özəl tibb müəssisələrində həkimlərin çantaları oğurlanıb.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda özəl tibb müəssisələrindən oğurluqlar edən əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb.
Araşdırma zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. E.Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top