
“Kiyev vilayətinin İrpen şəhərinin bir hissəsi işğalçılar tərəfindən ələ keçirilib, digər hissəsi isə düşmənlə döyüşür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İrpenin meri Aleksandr Markuşin sosial şəbəkə hesabında paylaşım edib.
Markuşin bildirib ki, bu gün onlar yerli sakinlərin təxliyyəsini davam etdirməyə çalışacaqlar:
“Bu gün saat 10:00-da İrpendən uşaq, qadın və qocaların növbəti təxliyyəsi baş tutacaq. Avtobuslar Romanovkada gözləyəcək və insanları Kiyev vağzalına aparacaq”.
Tətbiqimizi yükləyə bilərsiniz