Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB


“Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət irəliləyiş var”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, atəşkəs və təhlükəsizlik təminatı ilə yanaşı, əsas siyasi məsələlər üzrə intensiv məsləhətləşmələr davam etdirilib.

***18:23
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.


***13:24
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu aparmaq üçün yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.
Qeyd edək ki, tərəflər arasında birinci görüş fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top