Qəbələdə öldürülən 23 yaşlı Aytacın FOTOSU


Qəbələdə 23 yaşlı Aytac Əliyevanın öldürülməsi barədə xəbər vermişdik.
Qəbələ Rayon Prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla rayon ərazisində Kemale Maksumbekovanın 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Aytac Əliyevanın "qafqazinfo"nun yaydığı fotosunu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top