Azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub - FOTOLAR


Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə "Qrad" atəşinə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev Şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər "Qrad" atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.
Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən insan tələfatı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top