“Ukrayna 46 minə qədər rus hərbçisini zərərsizləşdirə bilib”


“11 gündən az müddət ərzində Ukrayna Silahlı Qüvvələri 46 minə qədər rus hərbçisini (ölənlər, yaralananlar, əsir düşənlər) zərərsizləşdirə bilib”.
Yeniavaz.com
“UNİAN”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Strategiyaları Mərkəzinin İdarə Heyətinin sədri Andrey Zaqorodnyuk məlumat verib.
O xatırladıb ki, fevralın 24-də hücum zamanı Rusiya ordusu quru qoşunları 145 min nəfərindən ibarət olub. Onun sözlərinə görə, söhbət quru qoşunlarının 110 min əsgərindən və 35 min polis qüvvəsindən gedir.
Zaqorodnyuk qeyd edib ki, hazırda Ukraynada Rusiya silahlı qüvvələrinin qruplaşması 100 min nəfərə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top