
“NATO Ukrayna üzərindəki hava məkanını bağlamayacaq, çünki o, avropalıların həyatına cavabdehdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyanın ARD telekanalının efirində deyib.
Onun sözlərinə görə, bağlanma Rusiya ilə hərbi münaqişəyə girmək demək olacaq ki, bu da milyonlarla avropalının həyatını təhlükəyə atacaq:
"Bu o deməkdir ki, NATO təyyarələri Rusiya təyyarələrini atəşə tutacaq. Bu, NATO-nun münaqişəyə birbaşa müdaxiləsi deməkdir... Bizim öz əhalimizi qorumaq öhdəliyimiz var".
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski 200 ABŞ konqresmeni ilə onlayn görüş keçirərkən və yaydığı videomüraciətlərdə dəfələrlə NATO-dan Ukrayna səmasını uçuşa bağlamasını istəyib.
Tətbiqimizi yükləyə bilərsiniz