Rus ordusu Nikolayevi raketlərdən atəşə tutub – VİDEO


Martın 7-də səhər saatlarından rus işğalçıları Nikolayevi çoxsaylı raket sistemlərindən atəşə tutublar.
Yeniavaz.com
xəbər verir ki, müvafiq məlumatı “Suspilne” yayıb.
“Nikolayevdə bir neçə yeri reaktiv yaylım atəşi ilə vurublar”, - məlumatda deyilir.
Yerli mətbuat orqanlarının yaydığı məlumata görə Nikolayev sakinləri bildirirlər ki, partlayış səsləri şəhərin bütün rayonlarında eşidilir. Sakinlər sosial şəbəkələrdə də yazır ki, bəzi ərazilərdə işıqlar kəsilib.
Bu gün səhər Nikolayevdə çəkildiyi iddia olunan və raket zərbələrinin endirilməsini əks etdirən kadrları təqdim edirik:

Qeyd edək ki, daha əvvəl Nikolayevin sədri Aleksandr Senkeviç şəhərdə ən çox ehtiyac duyulan yardımın dəbilqə və gülləkeçirməz jiletlər olduğunu bildirmişdi. Onun sözlərinə görə, rus işğalçıları şəhəri hər tərəfdən mühasirəyə alıblar və indi yerli hakimiyyət ehtiyat toplayır ki, blokada zamanı insanlara paylanacaq bir şey olsun.

DİGƏR XƏBƏRLƏR

Top