"İkinci Dünya Müharibəsindən sonra ən sürətlə böyüyən böhran..." - BMT


BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNHCR) məlumatına görə, ukraynalı qaçqınların sayı kəskin şəkildə artmaqda davam edir və cəmi 10 gün ərzində 1,5 milyondan çox insan ölkəni tərk edib.
Yeniavaz.com
xəbər verir ki, Agentliyin ali komissarı Filippo Qrandi bunu İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə böyüyən qaçqın böhranı adlandırıb.
Bəs bu qaçqınlar konkret olaraq hara gedir və hansı ölkələr sərhədlərini ukraynalılara açıb?
İndiyə qədər bəlli olan məlumatlar bunlardır:
  • Polşa sərhədçilərinin məlumatına görə, fevralın 24-dən bu yana 922,4 min insan Ukraynadan Polşaya qaçıb.
  • Moldovaya daxil olan ukraynalıların sayı 201 133 nəfərə çatıb. Ölkə regionda adambaşına düşən ən çox qaçqın konsentrasiyasına sahibdir.
  • Rumıniya indiyədək 227 446 ukraynalı qəbul edib. Onlardan 155 680-i artıq ölkəni tərk edib.
  • 50 minə yaxın ukraynalı Çexiyaya çatıb.
  • Macarıstan və Slovakiya da ukraynalı qaçqınların gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top