
Rusiya qoşunları İrpin şəhərinin (Kiyev yaxınlığında yerləşir) təxliyəsi zamanı dinc əhaliyə atəş açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” müxbiri Andrey Dubçak sosial şəbəkələr vasitəsilə məlumat yayıb.
O bildirib ki, ikisi uşaq olmaqla azı üç nəfər həlak olub:
“Düşmən insanların İrpindən çıxmağa çalışdığı körpünü məqsədli şəkildə minaatanlardan atəşə tutub, bir ailə - ana, oğlu və qızı həlak olub”.
Qeyd olunub ki, daha bir nəfər xəsarət alıb, vəziyyəti ağırdır.
Tətbiqimizi yükləyə bilərsiniz