Qazaxıstan sakinləri Ukraynaya dəstək aksiyasına çıxıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə UNİAN-a jurnalist Ayan Şəripbayev məlumat verib.
"Bu gün səhər Almatıda Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı mitinq keçirilir. İnsanlar parka toplaşıblar", - Şaripbayev deyib.
Almatı sakinləri mitinqə “Müharibəyə yox”, “Ukraynadan əllər çəkilsin”, “Stop Putler” plakatları ilə gəliblər. Demək olar ki, hamı mitinqə Ukrayna bayraqları ilə gəlib.
"Təxminən aksiyaya 5 min nəfər qoşulub", - Şaripbayev əlavə edib. Onun sözlərinə görə, Almatı meriyası mitinqə icazə verdiyi üçün Almatıda insanlar dağılmır.
Qeyd edək ki, Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində neytrallığını bəyan edib. Onlar vəziyyətin danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar.