
Ukraynada müharibənin 11-ci günüdür. Bu gün səhərdən etibarən Kiyev və Xarkov arasında yerləşən Poltava şəhərinin mərkəzində hava hücumu ilə bağlı xəbərdarlıq siqnalları səsləndirilir.
Yeniavaz.com Rusiyanın Ukraynaya hücumu ilə bağlı son sutkada Ukraynada və dünyada baş verən önəmli hadisələrin siyahısını təqdim edir:
- Ukrayna prezidenti Zelenski şənbə günü 300 ABŞ qanunvericisi ilə video danışıqda Qərb müttəfiqlərini yenidən Ukrayna üzərində uçuşa qadağa zonası elan etməyə çağırıb. O, şənbə gecəsi ABŞ prezidenti Baydenlə də danışıb
- NATO Qərb qüvvələrini birbaşa Rusiya ilə hərbi qarşıdurmaya gətirə biləcək uçuşa qadağa zonasını ardıcıl olaraq rədd edir
- Rusiya lideri Vladimir Putin uçuşa qadağa zonasını müharibə aktı hesab edəcəyi barədə xəbərdarlıq edib
- Rusiya cənubdakı strateji əhəmiyyətə malik Mariupol şəhərini bombalamağa davam edir. Ukrayna rəsmiləri bildiriblər ki, dinc əhalinin təxliyəsi üçün ilkin atəşkəs pozulub
- Ukraynanın hökumət rəsmisi yerli xəbər kanalına bildirib ki, Mariupol və Sumı bölgəsində vəziyyət “humanitar fəlakət astanasındadır”
- Hökumətin müşaviri Vadim Denisenko əlavə edib ki, Sumı vilayətinin iki şəhərində elektrik və su təchizatı yoxdur
- ABŞ-ın ödəniş nəhəngləri “Visa” və “Mastercard” Rusiyadakı bütün əməliyyatlarını dayandırıb
- Rusiya və Ukrayna nümayəndələri bazar ertəsi danışıqların növbəti raundu üçün görüşəcəklər
Tətbiqimizi yükləyə bilərsiniz