Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloji məntəqələr aşkarlandı - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində qanunsuz fəaliyyət göstərən bir neçə stomatoloji məntəqə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, yoxlamalar zamanı şəhərin N.Nərimanov, M.Maqomayev prospektləri və Energetiklər qəsəbəsində yerləşənümumilikdə üç stomatoloji məntəqənin lisenziya olmadan fəaliyyət göstərdiyi müəyyən olunub.
Orada çalışan şəxslərin əməllərində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci ( Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində polis əməkdaşları tərəfindən akt tərtib olunaraq baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib.

Esmira Hidayətova, Mingəçevir




 

DİGƏR XƏBƏRLƏR

Top