Rusiya Ukraynaya hücum əməliyyatlarına yenidən başladı


Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Ukraynaya hücum əməliyyatlarına yenidən başladıqlarını bildirib.
Yeniavaz.com
“ria.ru”ya istinadla xəbər verir ki, Konaşenkov Kiyevin addım atmaması səbəbilə Rusiya hərbçilərinin Moskva vaxtı ilə saat 18:00-dan Ukraynada hücum əməliyyatlarını bərpa etdiyini vurğulayıb.
“Millətçi batalyonlar susqunluqdan istifadə edərək öz mövqelərini yenidən toparlayıb möhkəmlətdilər. Bu səbəblə hücumlar yenidən başladı”-deyə o bildirib.
Xatırladaq ki, Ukrayna-Rusiya arasında danışıqların başlaması ilə hücumlar dayandırılmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top