Bu karantin qaydaları qüvvədə saxlanıldı


“Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərar ləğv edilib.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar qəbul edib.

Yeni qərara əsasən, 2022-ci il martın 6-dan etibarən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə veriləcək. O cümlədən sabahdan ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət və pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları ləğv ediləcək.

Ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) ictimai iaşə obyektlərində xidmətlərdən istifadə edə bilər. O cümlədən ictimai iaşə müəssisələrində digər tələblər - girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır.

DİGƏR XƏBƏRLƏR

Top