İki hərbçimiz Laçında itkin düşdü - RƏSMİ


Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top