BDU itkin tələbə barədə açıqlama yaydı


Bakı Dövlət Universiteti (BDU) itkin düşən Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərli ilə bağlı açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, açıqlamada deyilir:

"Universitet İ.Qəmbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır. Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qəmbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb. Hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".

DİGƏR XƏBƏRLƏR

Top