Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb


Xarkovdakı azərbaycanlıların son durumu açıqlanıb.

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan "Report"a bildirilib ki, şəhərdə vəziyyət ağır olaraq qalmaqdadır.

"Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib.

Çerkaskie Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın fəxri konsulluğu kənd adminstrasiyası ilə daim əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır.

Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir",- məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top