Mingəçevirdə yarımstansiyada yanğın: 13 min abunəçi işıqsız qaldı


Dünən Mingəçevir şəhərində gün ərzində əsən güclü külək elektrik yarımstansiyasında qəza və yanğına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, hadisə gecə saatlarında 110 kilovoltluq elektrik yarımstansiyasında qeydə alınıb.
Qəza nəticəsində şəhərin 13 min abunəçisi işıqsız qalıb.
Hələ də şəhərin əksər mərkəzi küçələrinə elektrik enerjisi verilməyib.
Şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a verilən məlumata görə, hazırda ərazidə qəza bərpa işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top