Bilal Ərdoğan “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib


Azərbaycan Prezidenti İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” təqdim olunub.

Mükafatı Prezident İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan təqdim edib.

Məlumata görə, Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.

Xatrıladaq ki, Prezident İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top