Eyni şəxsə məxsus 5 şirkət ləğv olunur


Eyni ünvanda, eyni gündə, bir nəfər tərəfindən təsis olunan 5 şirkət ləğv olunduğunu elan edib
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, "GIRISEN" MMC (VÖEN: 1702701781), "NIGIDE" MMC (VÖEN: 1702701651), "BILICAM" MMC (VÖEN: 1702701241), "AMONOS" MMC (VÖEN: 1702701371) və "BOLKAR" MMC (VÖEN: 1702701521) ləğv olunduqlarını açıqlayıblar.
Adları qeyd olunan şirkətlərin hüquqi ünvanları SƏBAİL RAYONU, BADAMDAR ŞTQ, MASSİV 1 (BADAMDAR QƏS.), ev 6-da yerləşir. Bu MMC-lər 23 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıblar. Nizamnamı kapitalları 10 manat olan şirkətlərin qanuni təmsilçiləri isə İsmayılov Rüstəm Vidadi oğludur.
Bu şirkətlərdən başqa 2018-19-cu illər ərzində dövlət qeydiyyatına alınan və qanunu təmsilçiləri Əhmədov Eynur Tofiq oğlu olan daha 4 şirkət də ləğv olunduğunu elan edib.
Bakı və Sumqayıtda yerləşən fərqli ünvanlarda dövlət qeydiyyatına alınan "Lets Go Future" MMC (VÖEN: 1504734541), "ZONZO" MMC (VÖEN: 1404932861), "ON TRACK TOURİSM" MMC (VÖEN: 1305943661) və "Lets Go Holidays" MMC (VÖEN: 2905026981) ləğv olunduqlarını açıqlayıblar.
Elanda kreditorların Bakı şəhəri, Sabunçu rayonu, Şefeq 5 küçəsi, ev 5 ünvanına müraciət etmələri istənilir.


 

DİGƏR XƏBƏRLƏR

Top