Akar Rusiya-Ukrayna münaqişəsi haqda: “Müsbət irəliləyişlər gözləyirik”


“Həm cənab Şoyqu, həm də cənab Reznikovla görüşlərimiz oldu. Bundan sonra danışıqlarımızı lazım gəldikdə davam etdirəcəyik”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın müdafiə naziri Aleksey Reznikovla görüşləri ilə bağlı sualı cavablandırarkən bildirib.
“Keçirdiyimiz görüşlərdə hadisələrin sülh yolu ilə həlli, humanitar böhrana tez bir zamanda son qoyulması, atəşkəs rejiminin tezliklə bərqərar olunması ilə bağlı fikir və qiymətləndirmələrimizi bölüşdük. Bu baxımdan müsbət irəliləyişlər gözləyirik”.
 

DİGƏR XƏBƏRLƏR

Top