Rusiya mülki əhalinin şəhəri tərk etməsi üçün humanitar dəhliz açıb


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən dinc əhalinin çıxması üçün sükut rejimi elan edib.

Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, bu gün, martın 5-i, Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.

Nazirlik onu da əlavə edib ki, humanitar dəhlizlər və çıxış yolları Ukrayna tərəfi ilə razılaşdırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top