Ruslar Kiyev yaxınlığında mülki şəxlərin olduğu avtomobilə tankdan atəş açıblar - 2 nəfər həlak olub... - FOTO


Rusiya əsgərləri Kiyev yaxınlığında tank pulemyotlarından mülki şəxslərin olduğu avtomobilləri vurublar. Hücum nəticəsində biri uşaq olmaqla iki nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, martın 4-də altı nəfər avtomobillə Kiyev vilayətinin Buçanski rayonunun Vorzel kəndinə gedirmiş. Hərəkət zamanı onlar tank pulemyotlarından onlara atəş açan “V” hərfi ilə işarələnən işğalçıların hərbi texnikasına rast gəliblər.      
Atəş nəticəsində iki nəfər - qadın və 17 yaşlı qız həlak olub. Daha 4 nəfər qəlpə yarası alıb, onların arasında 17 və 7 yaşlı qızlar da var.
Foto: Kiyev Regional Prokurorluğu

DİGƏR XƏBƏRLƏR

Top