Manaf Ağayev azadlığa buraxıldı - YENİLƏNİB

“Azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur”. 

Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib: 

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.  


09:16

Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb.

O bu gün İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılacaq. 

Qeyd edək ki, M.Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutkalıq həbs edilmişdi. / Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top