Zelenski Avropaya səsləndi: “Ukrayna məğlub olsa..."


“Ukrayna məğlub olsa, Avropa da məğlub olacaq. Yaşananları görməzdən gəlməyin. Çölə çıxın və Ukraynanı dəstəkləyin”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Ölkəmizi işğaldan qoruyuruq. Əsgərlərimizi, yanğınsöndürənləri, pilotları, qəhrəmanca vuruşanları sükutla yad edirəm. Mülki şəxslər, uşaqlar, yüzlərlə insan həyatını itirdi. Ölkəmizin qorunması uğrunda özlərini fəda etdilər. Buradan Avropa xalqına da çağırış etmək istəyirəm. Səsinizi çıxarın, mübarizəmizə dəstək olun. Çünki Ukrayna məğlub olsa, Avropa da süqut edəcək. Yaşananları görməzdən gəlməyin. Çölə çıxın və bacardığınız qədər bizi dəstəkləyin”.
 

DİGƏR XƏBƏRLƏR

Top