
"Milan"ın əfsanəvi futbolçusu Klarens Zeedorf İslam dinini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, futbolçu, bu barədə “instagram”da paylaşım edib.
“Müsəlman olmağıma görə gələn təbrik mesajları üçün hamıya təşəkkür edirəm. İslam dininə qoşulmaqdan çox şadam və məmnunam, xüsusən də mənə İslamın mənasını daha dərindən öyrədən sevimli Sofiyaya. Mən adımı dəyişməmişəm. Valideynlərim tərəfindən verilən Klarens Zeedorf adımı daşımağa davam edəcəyəm”
Xatırladaq ki, 45 yaşlı futbol ulduzu 2013-cü ildə karyerasını tamamlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz