Ukraynada yaralanan azərbaycanlı sürücü dünyasını dəyişdi


Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlu bu gün vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib.

Məlumatda görə, dünyasını dəyişən sürücünün nəşinin ölkəyə gətirilməsi istiqamətində aidiyyatı orqanlar tərəfindən tədbirlərə başlanılıb. Digər yaralı - Bayramov Yusif Asif oğlunun səhhəti isə normaldır.

DİGƏR XƏBƏRLƏR

Top