Rusiyanın “Birinci kanal”ında Azərbaycana qarşı təxribat - VİDEO


Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Qarabağ və Şərqi Zəngəzurun yerləşdiyi ərazi Azərbaycanın ərazisindən ayrılıb.
Yeniavaz.com
xəbər verir ki, proqramda rusiyalıların öz vətənlərinə qayıtmaq üçün transit ölkə kimi istifadə edə biləcəkləri dövlətlər xəritədə göstərilib.
Aparıcı rusların Azərbaycan, Türkiyə, Qazaxıstan, BƏƏ və Ermənistan vasitəsilə gələ biləcəklərinə deyib.
Lakin efirə gedən xəritədə Azərbaycanın daxilində Qarabağ və Şərqi Zəngəzurun yerləşdiyi ərazi ayrı “dövlət” kimi göstərilib. Naxçıvan Muxtar Respublikası isə xəritədə ümumiyyətlə işarələnməyib.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top