Rusiyanın müstəqil xəbər agentliklərindən biri olan “TV Rain” Ukraynadakı müharibəni işıqlandırdığı üçün təzyiqlərə məruz qaldıqdan sonra fəaliyyətini qeyri-müəyyən müddətə dayandıracağını açıqlayıb.
Yeniavaz.com “BBC”yə istinadən xəbər verir ki, telekanalın işçiləri canlı yayımda studiyanı tərk ediblər.
İşçilər studiyadan çıxarkən kanalın təsisçilərindən biri Nataliya Sindeyeva “Müharibəyə yox” deyib.
Daha sonra kanal Çaykovskinin “Qu gölü” tamaşasının kadrlarını efirə verməyə başlayıb.
Balet 1980-ci illərdə sovet dövründəki radio və televiziya verilişlərində liderlərin ölümünü qeyd etmək üçün, daha sonra isə Sovet İttifaqının sona çatmasına töhfə verəcək 1991-ci il çevrilişində istifadə edilib.