Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır - Qolunda “ANA 81” döyməsi var


Ukraynada ölən azərbaycanlının yaxınları axtarılır.
Bu barədə Yeniavaz.com-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib.
O bildirib ki, həmin azərbaycanlı sabah dəfn olunacaq: “Nikolayevdəki nümayəndəmizi morqa dəvət ediblər. Oraya bir azərbaycanlının meyiti gətirilib. Görünür ki, Nikolayevdə yaşayan azərbaycanlı deyil. Yol gedərkən raketin düşməsi nəticəsində həlak olub. Nəticədə onun meyiti tamamilə yanıb və tanınmaz haldadır. Sadəcə sol qolunda “ANA 81” döyməsi var. 
C.Məmmədov qeyd edib ki, həmin adamın yaxınları axtarılır: “Kimin yaxını itkin düşübsə, maraqlansın. Biz onu çox morqda saxlaya bilmirik. Nikolayev nümayəndələri sabah onu müsəlmanlar qəbiristanlığında dəfn edəcək”.
C. Məmmədov həmçinin Nikolayevdə vəziyyətin sabit olduğunu bildirib və qeyd edib ki, şəhər əhalisi şəhəri müdafiə edir.
O Nikolayevin intensiv atəşə tutulmasını təkzib edib.

***13:56
Ukraynanın Nikolayev şəhəri hazırda intensiv atəşə tutulur.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
Adil Babayev deyib ki, raket zərbəsinə tuş gələn avtomobildə olan bir azərbaycanlı həyatını itirib, biri isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top