“NATO Rusiya ilə hərbi münaqişəyə can atmır”


 “NATO Ukraynadakı münaqişənin tərəfdarı deyil”.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən əvvəl bildirib.
“NATO müttəfiqləri görünməmiş sanksiyalar qəbul edib, Ukraynaya dəstək verir, lakin eyni zamanda, NATO münaqişə tərəfi deyil. NATO müdafiə ittifaqıdır, biz Rusiya ilə hərbi münaqişəyə can atmırıq”.
Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, NATO-nun alyans üzvlərini qoruyacağına heç bir şübhə olmamalıdır və bu baxımdan alyansın şərq cinahda mövcudluğu gücləndirilib.

DİGƏR XƏBƏRLƏR

Top