Əsgərin şəhid olması ilə bağlı cinayət işi başlandı


Hərbi Prokurorluq Şuşa-Laçın yolunda hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda deyilir.
"Daxil olan sözügedən məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".
Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.
Belə ki, hərbi yük avtomobili qəzaya uğrayıb. Nəticədə xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top