Almanlar ukraynalıları qonaq aparmaq üçün vağzalda gözləyirlər – FOTOLAR


Berlinin mərkəzi dəmir yolu vağzalında yüzlərlə alman ailəsi öz evlərində ukraynalı qaçqınlara yer təklif edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Bildirilir ki, insanlar əllərində qaçqınlar üçün müxtəlif plakatlar qaldırırlar:
“İki nəfəri qəbul edə bilərəm! Qısa və ya uzunmüddətli”, “Böyük otaq. Bir-üç nəfər. Uşaqlar siz də xoş gəlmisiniz! Nə qədər istəsəniz” və s.
“Mən az-çox qaçqın övladıyam” deyən Almaniya vətəndaşı Marqot izah edir ki, anası sığınacaq tapmaq üçün Hitlerin nasizmindən qaçmalı olub:
"Ona görə də mən özümü qaçqınlar üçün nəsə etmək məcburiyyətində hiss edirəm. Bu dəfə Hitler yoxdur, amma mənim üçün nədənsə Putinin etdiyi şey Hitlerin əvvəllər etdiyi ilə eynidir".
Qeyd edilir ki, qaçqınların sayına baxmayaraq, onları qəbul etmək üçün kifayət qədər alman ailəsi var.




DİGƏR XƏBƏRLƏR

Top