“Rus işğalçıları bu gün “Xerson Xalq Respublikası”nı elan edəcək”


Ukraynanın Xersonşəhərini işğal edən Rusiya hərbçiləri “Xerson Xalq Respublikası”nı elan etməyi planlaşdırır.
Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, martın 4-də Xerson Azadlıq meydanında rus işğalçıları Rusiya Federasiyasının bayraqlarını dalğalandıracaq və Xersonun “Xerson Xalq Respublikası” olduğunu bəyan edəcəklər.
Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırıb.
Qeyd edək ki, martın 2-də baş verən döyüşlərdən sonra işğalçılar Xersonda Regional Dövlət Administrasiyasının binasını və teleqülləni nəzarətə götürüblər.

DİGƏR XƏBƏRLƏR

Top