Rus oliqarx Britaniyadakı malikanəsində asılmış vəziyyətdə tapılıb


Rusiyalı oliqarx Mixail Uotford Böyük Britaniyanın ən eksklüziv mülklərindən biri hesab olunan evinin qarajında ​​asılmış vəziyyətdə tapılıb.
Yeniavaz.com
istinadən xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilir ki, 3 uşaq atası, 66 yaşlı Uotford var-dövlətini Ukraynadakı neft emalı zavodlarından qazanıb, daha sonra Britaniyaya köçdükdən sonra əmlak şirkəti qurub.
Oliqarxın ailə dostlarından biri deyib ki, onun əhval-ruhiyyəsinə Ukraynadakı vəziyyət təsir etmiş ola bilər:
“Onun ölümünün vaxtı və Ukraynanın işğalı, şübhəsiz ki, təsadüfi deyildi”.
“Onun ölümü suallar doğurur. Böyük Britaniyada Rusiya vətəndaşlarının və tərəfdaşlarının bütün digər şübhəli ölümlərindən sonra onun ölümü ilə bağlı fərziyyələrin olması təbiidir. Cənab Outford 2000-ci illərdə buraya köçdükdən sonra adını Toltoşeya deyə dəyişib”, - digər yaxını bildirib.
Mənbə bildirib ki, hadisə, həqiqətən də şok edicidir, çünki Mixail yaşamaq üçün hər şeyə sahib idi:
“Onun gözəl həyat yoldaşı, uşaqları və arzusunda olan evi var idi”.
Polis ölümü “son dərəcə ciddiliklə” araşdırır. Ölümün şərtləri ilə bağlı araşdırma aparılır, lakin hazırda hər hansı şübhəli halın olmadığı vurğulanır.
O, ailəsi ilə bərabət “Wentworth Estate”də 18 milyon funt sterlinqlik malikanədə yaşayırdı.

DİGƏR XƏBƏRLƏR

Top