Çexiyada ukraynalılara görə fövqəladə vəziyyət elan edildi


Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar nəticəsində yaranan miqrasiya böhranı ilə əlaqədar martın 4-də Çexiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çexiyanın hökumət saytı məlumat yayıb.
Bildirilib ki, bu, hökumətə, regionlara, bələdiyyələrə və digər qurumlara Ukraynadan olan qaçqınlara yardımı daha çevik və səmərəli şəkildə əlaqələndirmək və layiqli həyat şəraitini təmin etmək məqsədilə edilir.
“Biz nəinki Çexiya vətəndaşları üçün, Ukraynalı hərbi qaçqınlar və onlara birbaşa qayğı göstərənlər üçün fövqəladə vəziyyət elan edirik”, - Baş nazir Petr Fiala izah edib.
Çexiyanın “Seznam Zpravı” nəşri yazır ki, fövqəladə vəziyyət elan edilməsinə səbəb qaçqınların sayının çoxluğudur. Ölkənin Daxili İşlər Nazirliyin cəmi beş minə yaxın qaçqın gözləyirdisə, indi hər gün bu qədər qaçqın gəlir.
Qeyd edilir ki, fövqəladə vəziyyət 30 gün davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top